Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliyada parlament seçkilərində səsvermə başlayıb

Avstraliyada parlament seçkilərində səsvermə başlayıb

Tarix: 18 May 2019 08:08

Bakı. Trend:

Avstraliya Federal parlamentə seçkilərdə səsvermə başlayıb.

Trend-in məlumatına görə, ilk səsvermə məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.

Səsvermədə 16,5 milyondan çox ölkə sakini iştirak edə biləcək. Seçkilər zamanı Nümayəndələr Palatasına 151 milllət vəkili və 76 senatordan 40-ı seçiləcək.

Avstraliya seçki qanunvericiliyinə əsasən, daha 36 senator noyabrın 2-də seçiləcək.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da bağlanacaq və sonra səslərin sayılmasına başlanılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avstraliyada parlament seçkilərində səsvermə başlayıb


RƏYLƏR