Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 11:04
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədliyini geri götürən şəxslərin seçki bülletenlərində adının üstündən xətt çəkiləcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan olduğu halda namizədin adı bülletendən çıxarılacaq.
M.Pənahov bildirib ki, əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək: “Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç seçki bülleteninə düşməsin”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin