Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 11:24
Əfsanəvi basketbolçu Kobe Brayantın həlak olduğu helikopter qəzasının təfərrüatları məlum olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Kobi Brayant 13 yaşlı qızı Cianna ilə basketbol oyunu izləmək üçün helikopterə miniblər. Qəzanın güclü dumana görə baş verdiyi bildirilir. İddiaya görə, pilot 15 dəqiqə havada dövrə vurub. Daha sonra 171 fut məsafədə 298 km sürətlə dağa çırpılıb.
Los-Anceles polisinin açıqlamasına görə isə helikopterdə ümumilikdə 9 nəfər olub. Helikopter yerə düşdükdən sonra alovlanıb: "Hadisə yerinə çatmaq üçün 8 dəqiqə və yanğını söndürmək üçün 1 saat vaxt lazım oldu. Helikopterdə 9 nəfər var idi. Pilot və əlavə 8 nəfər".