Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AZAL Çinə uçuşları müvəqqəti dayandırır

AZAL Çinə uçuşları müvəqqəti dayandırır

Tarix: 27 Yanvar 2020 13:00

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır.

Bu barədə Trend-ə qurumdan məlumat verilib. Qeyd olunub ki, uçuşların dayandırılması bayramla əlaqədardır:

"Hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq".


Etiketlər:  AZAL Çinə uçuşları müvəqqəti dayandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ