Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 17:06
Şimali Koreya diplomatları 2012-2013-cü illərdə Çexiyadan Afrika və Çin vasitəsilə ölkələrinə hərbi məhsullar keçirmək istəyiblər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın "Denik N" qəzeti ölkənin ək-kəşfiyyat orqanına istinadla məlumat yayıb.
"Altı aydan çox Çexiyada bir casus romanına bənzər hadisələr baş verdi. Şimali Koreyadan olan diplomatlar Çexiyadan Afrika və Çin vasitəsilə ölkələrinə hərbi məhsullar və PUA-lar keçirməyə cəhd edib. Bu cəhdlər əvvəldən aşkar edilib və respublikasının Təhlükəsizlik və İnformasiya Xidməti (əks-kəşfiyyat) tərəfindən izlənilib", - qəzet yazıb.
Əks-kəşfiyyat da, öz növbəsində, faktı təsdiqləyib.
"Məsələ ilə bağlı detalları deyə bilmərəm. Amma ümumilikdə təsdiq edə bilərəm ki, təhlükəsizlik xidməti Çexiyadan Şimali Koreyaya hərbi məhsulların göndərilməsinin qarşısını alıb", - əks-kəşfiyyatın nümayəndəsi Ladislav Ştixa bildirib.
Koreyalı diplomatlar əsasən T-54, T-55 tankları, bir neçə növdə zirehli texnika, hələ də Şimali Koreyada istifadə olunan L-39 təyyarələrinin ehtiyat hissələri ilə maraqlanıblar.