Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarus gimnastı: Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir

Belarus gimnastı: Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir

Tarix: 18 May 2019 13:12

Bakı. Cani Babayeva - Trend:

Bakıda bədii gimnastika üzrə Avropa çempionatından təəssüratlarım çox gözəldir.

Bunu Trend-ə Belarus gimnastı Anastasiya Salos deyib.

Gimnast bildirb: "Bakıda bədii gimnastika üzrə Avropa çempionatından təəssüratlarım çox gözəldir. Çünki bu, ilk öncə, Avropa çempionatıdır, ikincisi, çox məsuliyyətli yarışlardır, burada tək özün üçün deyil, həm də komanda üçün çıxış edirsən".

A.Salos bugünkü çıxışından razı qaldığını da vurğulayıb: "Bu gün proqramımı demək olar ki, maksimum dərəcədə yerinə yetirdim. Ümumiyyətlə bəzi xırda yanlışlıqları çıxsaq, səhfim olmadı. Amma təəssüf ki, dünən çıxışım zəif oldu. Qeyd etmək istərdim ki, yığmamız yaxşı çıxış edir və biz əlimizdən gələni edirik ki, yüksək yer tutaq".

Gimnast Bakıda Avropa çempionatının yüksək səviyyədə təşkil edildiyini də xüsusi qeyd edib: "Bakıda zalı çox bəyənirəm, burada çıxış etmək xoşdur. Hazırlaşmaq üçün çox yer var ki, bu da çox yaxşıdır. Gimnastlar müxtəlif meydançalarda hazırlaşa bilir".

Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Belarus gimnastı Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ