Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa Çempionatının üçüncü günü çərçivəsində yarışlar davam edir (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa Çempionatının üçüncü günü çərçivəsində yarışlar davam edir (FOTO)

Tarix: 18 May 2019 14:20

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa Çempionatının üçüncü günü çərçivəsində yarışlar davam edir.

Gimnastların möhtəşəm çıxışları dünyanın müxtəlif yerlərindən gələn tamaşaçılarda müsbət emosiya və unudulmaz təəssüratlar yaradır.

Bu gün fərdi proqramda gürz və lentlərlə fərdi hərəkətlərdə böyüklər arasında təsnifat yarışları, eləcə də 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq.

Eləcə də komanda hesabı (qrup hərəkətləri proqramında çıxış edən böyük və gənclərin ümumi qiymətləndirilməsi) və qrup hərəkətləri proqramında çoxnövçülükdə qaliblərin adları açıqlanacaq.

Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa Çempionatının üçüncü günü çərçivəsində yarışlar davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ