Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' hücumçusunu satdı - ''Roma''ya

''Barselona'' hücumçusunu satdı - ''Roma''ya

Tarix: 28 Yanvar 2020 08:44

"Barselona"nın hücumçusu Karlos Peres İtaliyaya köçüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 22 yaşlı forvard bundan sonra "Roma"nın şərəfini qoruyacaq.

Klublar arasında danışıqlar müsbət yekunlaşıb və "Roma" "Barselona" akademiyasının yetirməsini 13 milyon avro müqabilində heyətinə cəlb edib. Anlaşmaya kataloniyalıların onu geri qaytarmaq maddəsi qoyulmayıb. Peres bu gün İtaliyaya yollanaraq, yeni komandası ilə münasibətlərini rəsmiləşdirəcək.

Qeyd edək ki, Karlos Peres ötən ildən "Barselona"nın əsas heyətinə qoşulub.

Milli.Az


Etiketlər:  Barselona hücumçusunu satdı Romaya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ