Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tesla-nın bazar dəyəri 100 milyard dolları keçdi

Tesla-nın bazar dəyəri 100 milyard dolları keçdi

Tarix: 28 Yanvar 2020 08:56

Keçən günlərdə dünya marka dəyərləndirmə qurumu olan Brand Finance, "Dünyanın ən dəyərli 500 markası 2020" siyahısını yayımlamışdı. O siyahıya nəzər yetirəndə 2019-a nəzərən bazar dəyərini ən çox artıran marka Tesla olmuşdu. Birja rəqəmlərini də hesaba qatdıqda şirkətin bazar dəyərinin 100 milyard dolları keçdiyini görürürük. Bu da Tesla-nı ABŞ-ın ən dəyərli avtomobil istehsalçısı edir.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, 2020 başlayandan etibarən Tesla-nın hissə dəyərləri 34% artdı. Hal-hazırda Tesla-nın dəyəri 103.4 milyard dollardır.

Bir müddət əvvəl ortaya atılan şaiyələrə görə Tesla lazım olandan daha çox nəğd pulu istehsal üçün xərcləmişdi və bu səbəbdən şirkətin hissə dəyərləri ciddi dərəcə də azalmışdı. Lakin Çində açılması planlanan Gigafactory-nin daha tez açılması, istehsala daha tez başlaması və Tesla maşınlarına olan tələblərin artması səbəbilə hissə dəyərləri təkrar yüksəlişə keçdi. Şirkətin CEO-su olan Elon Musk isə bu hissə dəyərinin artması səbəbilə 100 milyonlarla dollar gəlir əldə etmiş olacaq.

Associated Press-in verdiyi məlumata görə Tesla-nın dəyəri 100 milyard dollara çatdığı zaman Musk-ın hər hissəyə görə 350.02 dollardan hesabladığımızda 1.69 milyonluq hissə alma hüququna malik olur. Sözü gedən hissələrin satıldığı zaman isə 371 milyon dollardan daha çox pul əldə edilə bilir. Lakin tək şərt var ki, Musk-ın bu hüquqları əldə etməsi üçün şirkət 6 ay ərzində 100 milyard dollar bazar dəyərini qoruyub saxlaya bilməlidi. Qeyd edək ki, şirkət 2019-da 367.500 maşın satışı edib. Bu isə öz növbəsində 2018-ə nəzərən 50% artım deməkdir.


Etiketlər:  Tesla nın bazar dəyəri milyard dolları keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ