Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 10:40
AFFA-nın növbəti konfransı keçirilir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov iştirak edirlər.
Tədbiri giriş sözü ilə Rövnəq Abdullayev açıb. Qurum rəhbəri bildirib ki, tədbirə FİFA və UEFA-nın nümayəndələri qatılıblar. Daha sonra isə Azad Rəhimov ötən il Bakıda keçirilən Avropa Liqası finalından və paytaxtımızda baş tutacaq "AÇ-2020"nin 4 oyunundan danışıb.
Rövnəq Abdullayev çıxış edərək AFFA-nın illik hesabatını məruzə edib: "Bir çox stadionlarda dəyişiklik olub. Arenaların əksəriyyəti təbii ot örtüyünə keçib. Şamaxı şəhərində yeni stadion tikilməsi nəzərdə tutulub. Buna başlanılacaq".
AFFA prezidenti yığma komandanın çıxışını tənqid edib: "Millimizin yaxşı çıxış etməməsi tənqid hədəfi idi. Millətlər Liqasında qrupdan çıxa bilmədik. Halbuki böyük şans idi. Zəiflər qrupundan qalib ayrılmağı bacarmadıq. AÇ-2020-nin qrup mərhələsində 1 xalla sonuncu olduq. Təəssüf ki, azarkeşlər üzüldü. Avrokuboklarda klublarımız yaxşı çıxış etdi. Xüsusən, "Qarabağ"ı qeyd etmək istərdik. Digər klubların da çıxışını yaxşı adlandırmaq olar".