Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4-cü final, 29-cu duel

4-cü final, 29-cu duel

Tarix: 18 May 2019 16:48

Sabah Azərbaycan kubokunda 2018/19 mövsümünün final oyunu keçiriləcək.

Qol.az-ın məlumatına görə, “Qəbələ” Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək görüşdə “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar” klub tarixində 4-cü dəfə finalın iştirakçısı olacaq. Ardıcıl 3-cü dəfə həlledici qarşılaşmada oynayacaq “Qəbələ” 2013/14, 2016/17 və 2017/18 mövsümlərində də kubok uğrunda matçda qüvvəsini sınayıb.

Naxçıvanda keçiriləcək matç iki komanda arasında Azərbaycan kuboku çərçivəsində ilk duel olacaq. Ümumilikdə isə “Qəbələ” və “Sumqayıt” 28 dəfə görüşüb. Bütün oyunlar Premyer Liqa çərçivəsində keçirilib. “Qırmızı-qaralar” 17 qələbə qazanıb, 8 heç-heçə edib və 3 dəfə məğlub olub. 47 qol vuran futbolçular 21 top buraxıb. İlk dəfə neytral meydanda üz-üzə gələcək rəqiblər 14 dəfə “Qəbələ”nin, 14 dəfə “Sumqayıt”ın meydanında görüşüb. “Qırmızı-qaralar” evdə 11, səfərdə 6 dəfə qalib gəlibsə, sumqayıtlılar yalnız öz meydanında qələbə qazanıb. 8 heç-heçədən 3-ü “Qəbələ”nin, 5-i rəqibin meydanında gerçəkləşib. Komanda  həm öz (26-7), həm də rəqib (21-14) meydandakı top fərqində öndədir (gabalafc.az).

 


Etiketlər:  final duel


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ