Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 17:55
Bakı. Trend:
Mədəniyyət naziri Əbülfəs Qarayev və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti arasında görüş keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı təlimlər, yaradıcı sənayelər və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin BMT-nin İnkişaf Proqramının innovasiyalara dəstək üçün yeni təşəbbüsü olan “Accelerator Lab” layihəsi barəsində söhbət açılıb.
Bildirilib ki, layihənin əsas məqsədi təlimlər vasitəsilə müxtəlif formalarda olan yeni həll yollarını sınaqdan keçirmək və icra müddətini sürətləndirməkdir.
Ə.Qarayev ölkəmizdə yaradıcı mədəniyyət sənayesinin inkişafı sahəsində həyata keçirilən layihələr barədə Alessandro Frakassettiyə məlumat verib.
Azərbaycanda yeni inkişaf mərhələsində olan kreativ mədəniyyət sənayesi sahəsində böyük potensialın olduğunu vurğulayan nazir bu istiqamətdə görülən işlərdə birgə əməkdaşlığın önəmindən bəhs edib.
Daha sonra 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin