Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 12:28
"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev bir müddət komandasına kömək edə bilməyəcək.
Qol.az xəbər verir ki, Antalya toplanışında zədələnən 25 yaşlı yarımmüdafiəçi əməliyyat edilib. Uğurlu əməliyyat keçən futbolçunun hansı müddətə sıraya dönəcəyi hələlik bilinmir.
Qeyd edək ki, Vüqar bu mövsüm Premyer Liqada 13, ölkə kubokunda 3 oyun keçirib.