Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 12:42
Ötən gecə İngiltərənin şimal-qərbində yerləşən Çeşir qraflığnda “Mançester Yunayted” klubunun vitse-prezidenti və icraçı direktoru Eda Vudvordun evinə hücum edilib.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, “Mançester Yunayted” klubunun bir qrup azarkeşi vitse-prezidentin yaşadığı evə tərəf fayer, tüstü buraxan fumiqant və boya atıblar. Onlar eyni zamanda “Vudvord ölməlidir!” şüarını səsləndiriblər. Hadisə baş verən zaman evdə Vudvordun özü və ailəsi olmayıb. Azarkeşlər bu məlumatı öyrəndikdən sonra evə hücm ediblər.
Polis baş verən hadisə ilə bağlı araşdırma aparır.
Klub rəsmi saytı vasitəsi ilə baş verən hadisəni təsdiqləyib.
Qeyd edək ki, bir qrup azarkeş İngiltərə kubokunun 1/16 finalında "Tranmirom"la (6:0) matçda da Vudvord ölməlidir" şüarı səsləndirmişdilər.