Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul"dan mövsümdə 23-cü qələbə

Tarix: 30 Yanvar 2020 02:10

İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Qol.az xəbər verir ki, lider "Liverpul" səfərdə "Vest Hem"ə 2:0 hesabı ilə qalib gəlib.

"Vest Hem" - "Liverpul" - 0:2
Qollar:
Məhəmməd Salah, 35-pen. Aleks Oksleyd-Çemberleyn, 52

Qeyd edək ki, 24 oyunun 23-də qalib gələn və bir heç-heçə edən Yurgen Kloppun komandası 70 xalla turnir cədvəlində 1-cidir. Mersisaydlılar ən yaxın izləyicisi "Mançester Siti"ni 19 xal qabaqlayır.

 

 


Etiketlər:  Liverpuldan mövsümdə 23 qələbə


RƏYLƏR