Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 162 nəfərə çatıb

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 162 nəfərə çatıb

Tarix: 30 Yanvar 2020 03:50

Bakı. Trend:

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 162 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə əyalətin səhiyyə üzrə komitəsi xəbər yayıb.

Bildirilib ki, Hubey əyalətində 37 yeni ölüm hadisəsi və virusa 1032 yoluxma qeydə alınıb.

Çin ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində yeni növ virusun yayılması barədə məlumat verib. Mütəxəssislər daha sonra virusun yeni növ koronavirus olduğunu müəyyən ediblər.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı nəfərə çatıb


RƏYLƏR