Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 10:00
Bakı. Trend:
Yeni Azərbaycan Partiyasından 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov yanvarın 29-da M.Ə. Rəsulzadə qəsəbəsinin Cəfər Cabbarlı və Fəxrəddin Şahbazov küçələrinin sakinləri ilə görüşüb.
Trend-in məlumatına əsasən, seçicilər tərəfindən hərarətlə, maraqla qarşılanan K.Qafarov sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyib, qarşılaşdıqları problemləri müvafiq qurumlar qarşısında qaldıracağını bildirib.
Seçkilərdə ən vacib amilin elektorat olduğunu vurğulayan Kamaləddin Qafarov sakinləri 9 fevral seçkilərində fəal olmağa, ən layiqli namizədlərə səs verməyə çağırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin