Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''And olsun, özümü indidən çempion kimi hiss etmirəm'' - Klopp

''And olsun, özümü indidən  çempion kimi hiss etmirəm'' - Klopp

Tarix: 30 Yanvar 2020 11:44

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 18-ci turundan təxirə salınmış  "Vest Hem"lə oyundan (2:0) sonra çempionluq mübarizəsi haqda danışıb.

Qol.az xəbər verir ki, 52 yaşlı mütəxəssis hələ ki özlərini  çempion kimi hiss etmədiklərini deyib: "Azarkeşlər nəyisə qeyd edib, mahnı oxuya bilərlər. Amma özümüzü çempion kimi hiss etmirik. And içirəm. Bu gün daha yaxşı oynaya bilərdik. İlk hədəfimiz maksimum xal toplamaqdır. Qarşıda hələ çox oyun var. 70 xalımız var, inanılmaz nəticədir. Amma hər şey ola bilər. Dərindən nəfəs alıb, şənbə günü "Sauthempton"la matç haqda düşünməliyik".

Əlavə edək ki, İngiltərə təmsilçisinin turnir cədvəlindəki ən yaxın izləyicisi 51 xalı olan "Mançester Siti"dir. "Lester" isə 48 xalla 3-cüdür.

 


Etiketlər:  olsun özümü indidən çempion kimi hiss etmirəm Klopp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ