Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 21:00
Bakı. Trend:
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) guya Azərbaycanda mövcud olan siyasi məhbusların məsələlərinə dair qətnaməsində bu ölkənin AŞPA məruzəçiləri ilə əməkdaşlığını əslində yüksək qiymətləndirib.
Trend-in məlumatına görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin başçısı Leonid Slutski yanvarın 30-da qəbul edilmiş sənədi jurnalistlərə şərh edərkən səsləndirib.
Siyasətçi deyib ki, Azərbaycanda siyasi məhbusların məsələlərinə dair məruzə bu mövzuda indiyədək təqdim edilmiş sənədlərlə müqayisəyə gəlmir. Səməd Seyidovun başçılıq etdiyi Milli Məclisin nümayəndə heyətinin sahmanlı, sistemli və peşəkar işi sayəsində bu dosyenin destruktiv təsirini aradan qaldırmaq və bütövlükdə assambleyada Bakıya qarşı gərginlik dərəcəsini keyfiyyətli şəkildə azaltmaq mümkün olub:
“Azərbaycan nümayəndə heyəti Avropa Şurasına daxil olduğu illər ərzində assambleyanın “funksional arxitekturasına” qoşulmağa bu gün əvvəlkindən daha çox nail olub”. O hesab edir ki, bu, AŞPA-nın siyasi məhbuslara dair məruzəçisi ilə əməkdaşlığa da aşkar təsir göstərib. Slutski etiraf edib: “Deməliyəm ki, məruzə tənqidi alınıb, orada həqiqətə uyğun olmayam bəzi məlumatlar var”.
Dövlət Dumasının komitə başçısı diqqəti belə bir məsələyə cəlb edərək deyib: “Azərbaycanda siyasi məhbuslar yoxdur. Biz dəfələrlə bunu bəyan etmişik və assambleyada, onun hüdudlarından kənarda bəyan edəcəyik. Lakin bununla belə, deməliyik ki, bu gün qəbul edilən qətnamə layihəsi Azərbaycan rəhbərliyinin və parlamentinin Avropa Şurası ilə əməkdaşlıq istiqamətində işini mahiyyət etibarilə müsbət qiymətləndirir. Azərbaycan Respublikasının nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığının və Azərbaycana dair müxtəlif növ keyslərin hazırlanmasının leytmotivi də mifik siyasi məhbuslar deyil, məhz budur”.
Slutski “Azərbaycan nümayəndə heyətini gözəl işi münasibətilə” təbrik edərək fikrini bu sözlərlə tamamlayıb: “Əminəm ki, ən yaxın gələcəkdə Azərbaycanın fəaliyyətinə dair hər hansı mənfi ştrix qalmayacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin