Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nepalda avtobus çaya düşüb: 5 nəfər həlak olub

Nepalda avtobus çaya düşüb: 5 nəfər həlak olub

Tarix: 19 May 2019 18:40

Bakı. Trend:

Nepalda sərnişin avtobusunun çaya düşməsi nəticəsində beş nəfər həlak olub, 29 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Himalayan Times" qəzeti yazıb.

Məlumata əsasən, avtobus bu gün səhər saatlarında Dhadinq rayonunda Trisuli çayına düşüb.

Xatırladaq ki, 4 sərnişin yerində həlak olub, bir nəfər isə aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nepalda avtobus çaya düşüb nəfər həlak olub


RƏYLƏR