Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana gələn turistlərin əksəriyyəti Bakı mehmanxanalarına yerləşdirilib

Azərbaycana gələn turistlərin əksəriyyəti Bakı mehmanxanalarına yerləşdirilib

Tarix: 31 Yanvar 2020 10:44

2019-cu ildə ölkə üzrə mehmanxanalarda 3345,3 min gecələmə keçirilib ki, bu da 2018-ci illə müqayisədə 11,4 faiz çoxdur.

Sonxeber.net xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gecələmələrin 57,7 faizi Bakıda, 9,0 faizi Qəbələdə, 7,9 faizi Qubada, 4,4 faizi Xaçmazda, 3,7 faizi Naftalanda, 2,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Lənkəranda, hər birində 1,0 faiz olmaqla Mingəçevir və Qaxda, 8,6 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 2240,9 min olub ki, bu da ümumi gecələmələrin 67,0 faizini təşkil edir. Gecələmələrin 13,8 faizi Səudiyyə Ərəbistanı, 11,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,9 faizi Rusiya Federasiyası, 6,0 faizi İsrail, 5,9 faizi Hindistan, 5,2 faizi İran, 5,0 faizi Türkiyə, 3,5 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, hər biri üzrə 2,1 faiz olmaqla Qətər və Pakistan, 2,0 faizi ABŞ, hər biri üzrə 1,5 faiz olmaqla Çin və Qazaxıstan, 1,4 faizi İraq, hər biri üzrə 1,1 faiz olmaqla Almaniya və Gürcüstan, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,0 faizi Bakıda, 9,1 faizi Qəbələdə, 3,4 faizi Qubada, 3,0 faizi Naftalanda, 2,9 faizi Naxçıvan Muxtar Respublikasında, 4,6 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci illə müqayisədə 15,9 faiz artaraq 1104,4 minə çatıb.


Etiketlər:  Azərbaycana gələn turistlərin əksəriyyəti Bakı mehmanxanalarına yerləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ