Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 12:00
Bakı.Ilhamə Isabalayeva -Trend:
İlk bələdiyyə seçkilərində qadınların təmsil olma faizi 4 idisə, artıq bu bələdiyyə seçkilərində bu faiz 38 faizdən çox olub.
Trend -in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri (AQUPDK) üzrə Dövlət Komitəsində keçirilən "Dayanıqlı inkişaf məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində tədbirdə AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bələdiyyə orqanlarında qadınların sayının çoxalmasında maraqlıdır.
S.Qəhrəmanova bildirib ki, bəzən qadınlar seçkilərdə iştirak üçün namizədliklərini irəli sürsələr də, sonradan geri çəkilirlər:
"Əgər öz namizədliyini vermisənsə, bunun arxasında durmalısan. Bu gün bəzi qadınlar hesab edirlər ki, seçilirsə, qalib gəldi, bitdi və bir iş görməməlidir. Kişidən fərqli olaraq,,qadın bir şeyə addım atırsa buna inanmalıdır. Kişilərdən fərqimiz odur ki, onlar işləyir vəzifələrini yerinə yetirirlər. Biz isə onlardan 2-3 qat artıq işləməliyik ki, büdrəməyək və deməsinlər ki,işləyə bilmirlər".
S.Qəhrəmanova bu gün yerli özünüidarəetmə orqanlarında bazanın güclənməsini vacib sayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin