Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 13:18
Bakı. Trend:
67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Malik Həsənovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü davam edir.
Trend-in məlumatına görə, görüşü YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açıb, seçicilərə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verib.
O,həmçinin Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər seçki dairəsinnən deputatlığa namizədi Malik Həsənovun fəaliyyəti barədə danışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Malik Həsənova səs verməyə çağırıb.
Görüşdə deputatlığa namizəd Malik Həsənov geniş nitqlə çıxış edərək Milli Məclisin deputatı olduğu dövrdə özünün fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin