Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 16:56
Rumıniya futbolunun canlı əfsanəsi George Hacının oğlu Yanis Hacı "Reyncers"ə keçib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı xəbər yayıb. Belçika "Genk"inin 21 yaşlı yarımmüdafiəçisi Stiven Cerrardın rəhbərlik etdiyi komandada icarə əsasında çıxış edəcək. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Yanis Hacı bu mövsüm "Genk"in heyətində 13 oyuna 1 qol vurub, 3 məhsuldar ötürmə edib.