Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 08:44
Bakı. Trend:
Konqo Demokratik Respublikasında ötən ilin iyul ayından Ebola virusundan ölənlərin sayı 1200-ü keçib.
Trend-in məlumatına görə, bu barədə Konqo Demokrtik Respublikasının Səhiyyə nazirliyi öz "Twitter" səhifəsində bildirib. Daha əvvəl 1105 nəfərin öldüyü bildirilirdi.
Məlumatda deyilir: "Bazar günü, 2019-cu il mayın 19-u üçün vəziyyət: 1816 yoluxma halı - 1728 təsdiq edilib, 88 mümkün, 1209 nəfər ölüb və 482 nəfər sağalıb".
Bundan əlavə KİV-lərin məlumatına əsasən, Konqo Demokrtik Respublikasında Ebola virusuna 101 tibb işçisi yoluxub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin