Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 11:50
Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsində bu gün son oyununa çıxacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, yığmamız Slovakiya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Qeyd edək ki, Joze Alesio da Silvanın kollektivi bunadək 2 qarşılaşmaya çıxıb. Xorvatiyaya 2:0 hesabı ilə uduzan milli komanda Rusiya üzərində qələbə qazanıb- 4:3.
"Qradski vrt Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Rusiya üzərində qələbə qazanmaqla aktivinə ilk 3 xalı yazdıran Joze Alesio da Silvanın rəhbərlik etdiyi komanda qrupdan çıxmaq şansını saxlayır. Bunun üçün Azərbaycan millisi slovaklara qalib gəlməli, qrupun digər matçında isə Rusiya xorvatlarla görüşdə xal itirməlidir. Ruslar xorvatlara uduzacağı təqdirdə Azərbaycan millisini slovaklarla matçda heç-heçə də qane edəcək. Son turun oyunlarından sonra ən azı 2 və ya 3 yığmanın xalı eyni olarsa, reqlamentə əsasən, komandaların öz aralarındakı oyunların nəticələri əsas götürüləcək.
Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, ikincilər "pley-off" oyunlarında rəqiblərinə qalib gələrək bu hüquqa yiyələnəcəklər.
Xatırladaq ki, hazırda Xorvatiya 6 xalla qrupun lideridir. Hərəyə 3 xal toplayan Azərbaycan və Rusiya yığmaları müvafiq olaraq 2-ci və 3-cü yeri tutur. Slovakiya isə 0 xalla sonuncudur.
1 fevral
20:00. Azərbycan - Slovakiya