Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 14:28
Bakı. Trend:
"Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 23:14 (GMT+4) üçün 2,45 faiz düşərək 55,93 dollar/barel olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, son dəfə "Brent" markalı neftin qiyməti 56 dollardan/barel aşağı ötən il avqustun 7-si olub.
"WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 1,8 faiz düşərək 51,14 dollar/barel təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin