Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 15:14
Bakı. Elçin Mehdiyev – Trend:
Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərin seçicilərlə görüşlərini tənzimləmək üçün dairə deçki komissiyalarına tapşırıq verib.
Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, namizədlərin görüşləri üst-üstə düşməməlidir.
M.Pənahov bildirib ki, MSK bununla bağlı dairələr üzərində ciddi məsuliyyət qoyub: "Biz dairələrin üzərində ciddi məsuliyyət qoymuşuq ki, namizədlərin görüşlərinin üst-üstə düşməməsi üçün əllərindən gələni etsinlər. Heç bir dairənin elə bir hüuquq yoxdur ki, namizədə görüş keçirilməsi üçün icazə versin. Heç bir namizəd də görüş keçirən zaman dairəyə müraciət etməyə borclu deyil".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin