Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 18:21
Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin seçicilərlə görüşlərini tənzimləmək üçün dairə deçki komissiyalarına (DSK) tapşırıq verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, namizədlərin görüşləri üst-üstə düşməməlidir.
M.Pənahov bildirib ki, MSK bununla bağlı dairələr üzərində ciddi məsuliyyət qoyub:
"Biz dairələrin üzərində ciddi məsuliyyət qoymuşuq ki, namizədlərin görüşlərinin üst-üstə düşməməsi üçün əllərindən gələni etsinlər. Heç bir dairənin namizədə görüş keçirmək üçün icazə verməyə hüququ yoxdur. Heç bir namizəd də görüş keçirən zaman dairəyə müraciət etməyə borclu deyil".