Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 10:30
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Sonxeber.net-ın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 313 nəfəri deputatlığa namizədliyini geri götürüb.
Başqa sözlə, fevralın 1-də Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 1 nəfər namizədliyini geri götürüb.
Hazırda deputatlığa namizədlərin sayı 1324 nəfərdir.