Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 12:30
Bakı. Trend:
Azərbaycan Gəncləri Günü münasibəti ilə 01 fevral 2020-ci il tarixində Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “İntellektual Klubların II Gənclər Kuboku”-nun final mərhələsinin açılış mərasimi keçirilib.
Fonddan Trend-ə verilən məlumata görə, yanvar ayında start verilmiş turnirdə 58 rayon və şəhərdən ümumilikdə 300 komanda arasında yarış keçirilmiş və 70 komanda final mərhələsinə vəsiqə qazanmışdır. Regional seçimlərdə ümumilikdə 2000-ə yaxın gənc iştirak etmişdir. Final mərhələsi “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq”, “Erudit Kvartet” və “Kviz” oyunları əsasında keçiriləcəkdir.
Açılışda dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Çıxış edən rəsmilər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, o cümlədən gənclər üçün yaradılan şəraitdən, gənclərə olan xüsusi diqqət və qayğısından danışmış, gənclərin intellektual səviyyəsinin artırılması yönündə görülən işləri iştirakçıların diqqətinə çatdırmışlar.
Turnirin qalibləri 2 fevral tarixində müəyyənləşəcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin