Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gözdən əlil kişi avtomobil qəzasına düşdü, sonra görməyə başladı

Gözdən əlil kişi avtomobil qəzasına düşdü, sonra görməyə başladı

Tarix: 2 Fevral 2020 13:02

Polşada kor kişi avtomobil qəzasına düşüb. Nəticədə o, görməyə başlayıb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Mirror" məlumat yayıb.

Yanuş Qoray adlı kişinin 20 yaşında allergik reaksiya nəticəsində sağ gözü tamamilə tutulub, sol gözü isə yalnız formaları və işığı görə bilib.

Piyada keçidindən keçərkən avtomobilin altına düşən kişinin ombasında cərrahiyə əməliyyatı edilir. Əməliyyatdan iki həftə sonra nəinki qəzanın bütün fəsadları geridə qalır, hələ üstəlik Yanuş görməyə də başlayır.

Həkimlər Yanuşun yenidən görməsinin səbəbi kimi xəstəxanada ona verilən dərmanları hesab edirlər. Yanuş özü isə qəza zamanı başının asfalta dəyməsini dönüş anı sayır.

Hadisədən sonra Yanuş Qoray sağaldığı xəstəxanaya mühafizəçi kimi işə düzəlib.


Etiketlər:  Gözdən əlil kişi avtomobil qəzasına düşdü sonra görməyə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ