Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da erməni dələduz üzərində məhkəmə başlayıb

ABŞ-da erməni dələduz üzərində məhkəmə başlayıb

Tarix: 2 Fevral 2020 15:28

ABŞ-ın Yuta ştatında Levon Termenciyan adlı erməni dələduz üzərində məhkəmə başlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, L.Termenciyan ümumi miqdarı 500 milyon dollara çatan fırıldaq sistemini təşkil etməkdə və insanları aldatmaqda suçlanır.

"Lev Aslan Dermen" olaraq da tanınan həmin erməninin adı "Washakie Renewable Energy LLC" şirkətini sahibi Ceykob Kinqston və firmanın maliyyə direktoru İsaya Kinqstonla eyni işdə keçir.

Bu adamlar 500 milyon dollarlıq vergi subsidiyalarını saxta ticarət hesabatları yolu ilə mənimsəməkdə ittiham olunurlar.

Məhkəmədə Dermenin vəkili Mark Qreqos çıxış edərək bütün günahı Ceykob Kinqstonun üzərinə yıxmağa çalışıb. Onun sözlərnə görə C.Kinqston Lev Dermenin Türkiyədəki əlaqələrindən istifadə edərək milyonları bölmək istəməyib. ABŞ hüquq sistemində Mark Qreqos bir çox pop-ulduzların, o cümlədən 2009-cu ildə dünyasını dəyişmiş Maykl Ceksonun da müdafiçisi olaraq bilinməkdədir. Amerikalı vəkil erməni dələduzu "olduqca hörmətli iş adamı" kimi təqdim edib.

Lakin məhkəmə müdafiə tərəfinin dəlillərinə inanmayıb. Belə ki, prokuror Leslo Qoemat məhz Lev Dermenin Kinqstonlar ailəsini Türkiyə və Lüksemburq vasitəsilə qeyri-qanuni pul köçürmələrinə, o cümlədən İrlandiya və Hindistandan Panama kanalı vasitəsilə yanacaq qaçaqmalçılığı işinə cəlb etdiyini bildirib. Onun sözlərinə görə erməni fırıldaqçı bahalı maşınlar, evlər almaq yolu ilə çirkli pulları leqallaşdırırmış. Buna sübut olaraq ittiham tərəfi Dermen və Kinqstona məxsus gümüşü "Buqatti" və qızılı rəngdə "Lamborcini" maşınlarını, habelə Yutadakı milyonlarla dəyəri olan evləri göstərib.

Prokurorluq Levon Termenciyanın bir sır xarici ölkələrlə də ciddi kontaktlara malik olduğunu da bildirib. Belə ki, istintaq gedişində erməni fırıldaqçının Mərkəzi Amerikada yerləşən Beliz dövlətinin adı çəkilməyən bir nazirinə hər ay 25 min dollar pul göndərdiyi ortaya çıxıb.

Levon Termenciyan məhkəmədə arvadının ölümündən sonra Türkiyəyə köçmək istədiyini, buna görə də adını "Aslan" olaraq dəyişdirdiyini söyləyib. O, ittiham aktının 10 bəndi üzrə təqsirini boynuna alıb.

Milli.Az


Etiketlər:  ABŞ erməni dələduz üzərində məhkəmə başlayıb


RƏYLƏR