Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 12:42
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında Azərbaycan dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə fəaliyyət planına dair kommunike imzalanıb.
Trend-in məlumatına görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov deyib ki, Partiya təkcə siyasi sahədə deyil, eyni zamanda mədəni sahədə də aktiv fəaliyyət göstərir.
Bu gün YAP-ın 740 min nəfər üzvü olduğunu deyən Ə.Əhmədov bildirib ki, partiyada xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçiləri təmsil olunur:
"YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır”.
İcra katibi vurğulayıb ki, YAP Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər həyata keçirəcək. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevlə danışıqlar aparılıb: “Tədbirlərin bir hissəsi “Nəsimi ilİ” ilə bağlıdır. YAP-ın üzvü olan gənc müğənnilərin konsertləri nəzərdə tutulur. Həmçinin nazirliklə birgə teatr və muzeylərdə görüşlərin keçirilməsi nəzərdə tutulur”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin