Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 13:04
Bakı. İlhamə İsabalayeva - Trend:
Növbəti dəfə 22 ədəd buynuz qişa transplantantı respublikaya gətirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, buynuz qişanın transplantantasiyası əməliyyatı akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində (MOM) həyata keçirilib. MOM-un cərrahları Abdulaliyeva Fərəh, Həsənov Cəmil, Hüseynov Emil və Ağayeva Fidan tərəfindən 3 gün ərzində 22 uğurlu buynuz qışanın transplantasiyası əməliyyatı keçirilib.
Buynuz qişa ilk növbədə uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb.
Azərbaycanın regionunda ilk dəfə olaraq, MOM-un Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib.
Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin