Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 16:56
Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti, Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü və “Azfar” şirkətinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş futbol turniri keçirilib.
“Azərbaycan Sənaye Korporasiyası”ndan Trend-ə verilən məlumata görə, “ASK İdman Kompleksi”ndə keçirilən futbol turnirinin seçmə mərhələləri bir həftə davam edib və yarışda 3 yaş qrupu üzrə 11, 12, 13 yaşlardan ibarət 36 komanda iştirak edərək, final mərhələsinə 1, 2 və 3-cü yer uğrunda mübarizə aparmaq üçün 9 komanda çıxıb.
Gənclər Gününə həsr olunmuş turnirin qalibləri 11 yaş qrupu üzrə “Sabah FK”, “Keşlə”, “Neftçi İSM”, 12 yaş qrupu üzrə “Zirə”, “Neftçi PFK”, “Vətən”, 13 yaş qrupu üzrə isə “Zirə”, “Neftçi İSM”, “Neftçi PFK” futbol klubları olub. Turnirin sonunda yarış iştirakçıları və qaliblər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, “Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov, “Həyat” Fondunun prezidenti, xeyriyyəçi Hacı Nuran və “Azfar” şirkətinin direktor müavini Şiraz Mahmudov tərəfindən sertifikat, diplom və medallar ilə təltif olunublar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin