Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Networking.Az iş adamları klubu növbəti görüşünü keçirib - FOTO

Networking.Az iş adamları klubu növbəti görüşünü keçirib - FOTO

Tarix: 3 Fevral 2020 18:02

24 yanvar  2020-ci il tarixində "Avenue Music Hall" restoranında "Networking.Az" biznes klubunun 80-ə yaxın qonağın iştirakı ilə növbəti tədbiri baş tutub.

Milli.Az xəbər verir ki, həmişə olduğu kimi tədbir, biznes əlaqələrinin yaradılması, yeni əməkdaşlıqların qurulması və biznes imkanlarının genişləndirilməsi məqsədini daşıyıb. Görüşdə iri və orta biznes rəhbərləri və sahibkarları iştirak edib.

Görüş iki hissədən ibarət olub: iştirakçıların çıxışı və qonaqlar arasında sərbəst ünsiyyət.

Tədbirin açılış nitqini  Networking.Az-ın direktoru Orxan Hacıyev edərək qonaqları salamlayıb, bu cür görüşlərin əhəmiyyəti və klubun ölkənin biznes proseslərinə təsiri haqqında danışıb. Sonra söz Avenue Music Hall restoranının direktoru Sevda Nəcəfovaya verilib. O, belə gözəl tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu bildirib və qonaqlara xoş və maraqlı axşam keçirməyi arzu edib.

Spiker qismində Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev çıxış edib. O, vergi məcəlləsində 2020-ci ilin yanvar ayından qüvvəyə minmiş dəyişikliklər haqqında danışıb. Onun çıxışı böyük maraq doğurub. Sahibkarlar, onları maraqlandıran suallara cavab almaq imkanını əldə edib.

Tədbirin ikinci hissəsində qonaqlar bir-biri ilə tanış olub, əməkdaşlıq imkanlarını və qarşılıqlı maraqları müzakirə edə biliblər. Ümumilikdə görüş səmimi və pozitiv atmosferdə keçib. 

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az


Etiketlər:  NetworkingAz adamları klubu növbəti görüşünü keçirib FOTO


RƏYLƏR