Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 18:42
Bakı. Trend:
33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmovun seçicilərlə növbəti görüşü keçirildi.
Trend-in məlumatına görə, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli Azərbaycanın tolerant ölkə kimi dünyada tanınmasından geniş bəhs edərək bildirdi ki, Hüseynbala Mirələmovun yaradıcılığında bu birliyin, həmrəyliyin, sülh, əmin-amanlıq şəratində yaşayışın uğurlarından geniş bəhs olunur.
Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində H.Mirələmov yaradıcılığının öz payı vardır.
A.Əhmədli seçiciləri seçkilərdə fəal olmağa, düzgün seçim etməyə, ən əsası H.Mirələmov kimi layiqli namizədlərə dəstək olmağa çağırdı.
Namizədin vəkili, tibb elmləri doktoru, professor Vəsadət Əzizov «Xalqın parlamentdə təmsilçisi hansı keyfiyyətlərə malik olmalıdır» sualı ətrafında fikirlərini açıqladı. Qeyd etdi ki, H.Mirələmov yeganə şəxsdir ki, onun bədii yaradıcılığı orta məktəb dərslikləri, elmi yaradıcılığı isə ali məktəb tələbələri üçün zəngin mənbədir.
Vəkil bu fikri xüsusi qeyd etdi ki, hər bir insanın xalqının parlamentdə təmsilçisi olmaqla bağlı arzusu, istəyi ola bilər. Əsas olan bu haqqa sahib olmaqdır. H.Mirələmov millət vəkili kimi seçicilərinin etimadını doğruldan, bu haqqa sahib çıxan deputatlardandır. O, bütün seçiciləri 9 fevral növbədənkənar parlament seçkilərində fəal olmağa, layiqli namizədə səs verməyə çağırdı.
Digər çıxış edənlər - Mayıl Bağırov, Abdulla Abdulqədirov, Fatimət Vəliyeva və başqaları H.Mirələmovun çoxşaxəli fəaliyyətindən geniş bəhs etdilər, dövlətinə, xalqına ləyaqətlə xidmət edən belə namizədlərə dəstək olmağa çağırdılar.
Deputatlığa namizəd Hüseynbala Mirələmov bildirdi ki, bugünkü görüşün iştirakçılarının məhz ləzgi xalqının nümayəndələrinin olması illərin dostluğunun, səmimiyyətinin, birliyinin, həmrəyliyinin nümunəsidir. Xoş sözlərə görə minnətdarlığını ifadə edən H.Mirələmov seçiciləri seçkilərdə fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa çağırdı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin