Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” səhiyyə üçün süni intellektə investisiya qoyacaq

“Microsoft” səhiyyə üçün süni intellektə investisiya qoyacaq

Tarix: 4 Fevral 2020 08:24

"Microsoft" korporasiyası "AI for Health" proqramına start verib. 2025-ci ilədək süni intellektli tibbi texnologiyalara 40 milyon dollar investisiyanın yatırılması nəticəsində şirkətlər, qeyri-kommersiya təşkilatları və elm xadimləri süni intellekt alətləri, "bulud" hesablamaları və digər resurslardan istifadə imkanı əldə edəcəklər. Vəsaitlərin bir hissəsi qrantların verilməsinə sərf ediləcək.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, proqramın əsas aspektləri arasında tədqiqat işi yer alıb. Belə ki, "Microsoft" alimlərə xəstəliklərin daha dəqiq profilaktikası, diaqnozlaşdırılması və müalicəsinə imkan verəcək resurslar təqdim etməklə tədqiqatlar aparmağa yardım etməyi planlaşdırır. Süni intellektin qəfil körpə ölüm sindromu, diabetik retinopatiya kimi təhlükəli xəstəliklərin tədqiqi üçün tətbiqi nəzərdə tutulur.

Analitika sahəsində "Microsoft" uzunömürlülük və ölüm amillərinin müəyyənləşdirilməsi məqsədilə qlobal məlumat mübadiləsinə kömək edəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, tibbi məlumatların məxfiliyinin qorunmasına xüsusi diqqət yetiriləcək.

"AI for Health" proqramı çərçivəsində korporasiya inkişaf etməkdə olan ölkələrin sakinlərinə səhiyyə sahəsində yüksək texnoloji tibbi yardım imkanlarının göstərilməsində hüquqi bərabərliyi müdafiə edir.

"AI for Health" proqramı süni intellekt vasitəsilə cəmiyyət qarşısında duran aktual çağırışları həll edəcək 165 milyon dollar dəyərində "Microsoft AI for Good" layihəsinin tərkib hissəsidir.


Etiketlər:  Microsoft səhiyyə üçün süni intellektə investisiya qoyacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ