Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 16:48
Bakı. Trend:
Bu gün Rusiya neftinin "Dostluq" neft kəməri ilə Ukrayna ərazisi vasitəsilə Avropaya nəqli yenidən dayandırılıb.
Trend-in məlumatına görə, bu barədə Ukraynanın "Ukrtransnafta" şirkətindən bildiriblər.
Şirkətdən qeyd edilib ki, bazar ertəsi gecə saat 00:00-dan başlayaraq boru kəməri ilə neft nəqli bərpa edilsə də, bir qədər sonra proses yenidən dayandırılıb. Həmin müddət ərzində 4 min ton neft nəql edildiyi bildirilir.
Neftin nəqlinin dayandırılmasının səbəbi olaraq texniki problemlər göstərilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin