Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 16:25
ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Manaf Ağayev əməkdar artist Nüşabə Ələsgərli və əməkdar artist Çingiz Əhmədov olub.
Sonxeber.net bildirir ki, Manaf Ağayev, Nüşabə Ələsgərli və Çingiz Əhmədov şou-biznesdə olan subay müğənnilərin toyu olsa nə qədər pul yazdıracaqlarının siyahısını tərtib ediblər.
Siyahıda bir çox məhşurların adı ilə yanaşı müğənni Vüqar Muradovun da adı yer alıb.
Manaf Ağayev Vüqar Muradovun siyahıdakı adını görüb maraqlı açıqlama verib:
"Vüqar toyu edib qurtasın, səhəri pulu yazdıracam. İndiyə qədər 10 dənə dəvətnamə verib, amma toy baş tutmayıb. Toydan sonra baxacam, görüm kimi alıb, necədir, ondan sonra... Vüqar, toy olmayana kimi pul salmıyacam, sənə etibar etmirəm".