Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 11:50
Hicaba keçdikdən sonra dərnək qurub xeyriyyə işləri ilə məşğul olan aktrisa Qamze Özçelik yenidən diqqət mərkəzindədir.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ötən il Afrikanın 11 kəndində 11 su quyusu qazdıran aktrisanın İzmirin Göztəpə qəsəbəsindəki evini xeyriyyə işlərinə görə satdığı məlum olub.
Dəyəri 400 min Tl (təxminən 113 min 640 manat) olan evini satan aktrisa həmin pulu Afrikada suyu quyularının qazılmasına xərcləyib.
Qamze qazılan quyulara isə türkiyəli şəhidlərin adını verib.