Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 13:48
Bakı. Ləman Zeynalova - Trend:
Macarıstan Xarici İşlər və Ticarət nazirinin müavini Levente Madyar Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə Macarıstan səfirliyindən məlumat veriblər.
Bildirilib ki, nazir fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.
Qeyd edək ki, Macarıstan 2018-ci ildən Türk Şurasında müşahidəçi statusuna malikdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin