Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Könüldən Nazpərinin ''hörmətsizliyi''nə CAVAB: Mən o tərbiyənin yiyəsi deyiləm ki... - FOTO

Könüldən Nazpərinin ''hörmətsizliyi''nə CAVAB: Mən o tərbiyənin yiyəsi deyiləm ki... - FOTO

Tarix: 5 Fevral 2020 13:50

Xalq artisti Nazpəri Dostəliyevanın 2 gün qabaq "5/5"də qonaq olarkən Könül Kərimova ilə salamlaşmaması daha bir küsülülüyün üstünü açmış oldu.

Könül ilə əyləşmək istəməyən Nazpəri kulisdə GÖZLƏDİ - O da verilişdən getdi - FOTO

Sonxeber.net xəbər verir ki, əməkdar artist Könül Kərimova xanım həmkarının ona qarşı bu davranışını "Hər şey daxil"də şərh edib.

Könül Nazpəri Dostəliyeva ilə aralarındakı konflikt barədə bunları deyib:

"Mənim Nazpəri xanımla 9-10 yaş fərqim var. Mən bir şeyi həmişə beynimə həkk etmişəm ki, özümdən böyük sənətkarlara, insanlara heç vaxt hörmətsizlik etməmişəm, etmərəm də, bu bir. Və heç vaxt gözləməmişəm ki, içəri daxil olan özümdən böyük sənətkar mənə salam versin, sonra mən salam alım. Mən özüm o addımı atmışam ki, böyük gəlir qarşıdan, bu iki. Düzdür, belə şeylərə dəfələrlə rast gəlmişəm, amma fikir verməmişəm, hərənin bir xarakteri var. Mənim evdə, ailədə aldığım tərbiyə buna yol verməz ki, mən gözləyim ki, kimsə gəlsin mənə salam versin, mən sonra. Doğrudan, biz heç vaxt üz-üzə gəlib nəsə mübahisə, dava-dalaş da etməmişik. Mən o tərbiyənin yiyəsi deyiləm. Mənim mübahisəm olub e, dava da edərəm. Amma  özümdən kiçiklərlə, özümdən böyüklərlə yox. 

Mən indi bir söz deyəcəm, çox səmimi bir söz deyəcəm. Bu sənətdə neçə illər ərzində o qədər əziyyət görmüşəm, o qədər acılar çəkmişəm. Çox çətinliklə bugünkü günə gəlmişəm. Mənim üçün bu şeylər o qədər xırdalaşıb, o qədər xırda görünür. Mən bu gün sənətə gəlməmişəm də. O gördüyüm əziyyətlərə görə, keçdiyim keşməkeşli yollara görə bu gün bu söz-söhbətlər mənə o qədər adi gəlir... Bu şeylər mənim əhvalımı poza bilməz, qətiyyən. Neyləməliydim orada?! Salam verdi, vermədi, canı sağolsun. Kim mənə qarşı necə davranır, mən də ona qarşı elə davranmaq məcburiyyətindəyəm". 

Məhəmməd Vaqif


Etiketlər:  Könüldən Nazpərinin hörmətsizliyinə CAVAB Mən tərbiyənin yiyəsi deyiləm FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ