Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 19:15
Türkiyədə illər öncə yayımlanan "Zühal Topalla İzdivac" evlilik verilişində iştirak edən azərbaycanlı gəlin namizəd Naz Mila hamamdan video paylaşaraq gündəmə gəlib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, sosial media hesabında izləyicilərlə ünsiyyət qurmaq üçün canlı efir açan Naz onları fərqli məkandan - hamamdan salamlayıb.
"Vannada oturub, sinəsini dəsmanla örtən Mila üzərinə davamlı şəkildə su çiləyərək, izləyicilərin ona ünvanladığı sualları cavablandırıb.
Qalmaqallı çıxışları ilə yadda qalan Naz hamamdan canlı efir açdığına görə sosial şəbəkə istifadəçilərinin qınağına tuş gəlib. Buna rəğmən, Mila onların bəzən tənqidi, bəzən də təhqir dolu mesajlarını qulaqardına vuraraq, "Instagram" hesabında açdığı canlı efirini davam etdirib.
Qeyd edək ki, keçən ilin iyun ayında Gürkan adlı bəyə ərə gedən Naz bir neçə həftə sonra ondan ayrılıb.