Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 21:24
Azərbaycanda Feysbuk sosial şəbəkəsinin istifadəçi fəallığı artıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətindən məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar ayında ölkə üzrə Feysbuk istifadəçilərinin fəallığı 38,81%-ə çatıb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,47% azdır - 2019-cu ilin yanvar ayında ölkə üzrə istifadəçi fəallığı 39,28% olub. Lakin ötən ilin son ayının nəticəsinə görə, bu ilin yanvar ayında canlanma qeydə alınıb.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Azərbaycanda istifadəçi fəallığı 38,58% olub.