Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Renat Dadaşov Avropa Liqası üçün sifariş olundu

Renat Dadaşov Avropa Liqası üçün sifariş olundu

Tarix: 6 Fevral 2020 11:22

İngiltərənin "Vulverhempton" klubu  Avropa Liqası üçün yeni iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda  millimizin üzvü Renat Dadaşov da yer alıb. Onun 40 nömrəli forma nömrəsi geyinəcəyi bildirilib.
 
Qeyd edək ki, "Vulverhempton" 1/16 finalda "Espanyol"la ilə üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun fevralın 20-i İngiltərədə, cavab görüşü fevralın 27-də İspaniyada olacaq.
 
Qeyd edək ki, Renat Dadaşov bu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, bu ildən "Vulverhemton"un U-23 komandası ilə matçlarda iştirak edib.

 


Etiketlər:  Renat Dadaşov Avropa Liqası üçün sifariş olundu


RƏYLƏR