Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Messi gördüklərim arasında ən yaxşı futbolçudur''

''Messi gördüklərim arasında ən yaxşı futbolçudur''

Tarix: 6 Fevral 2020 18:24

PSJ-nin hücumçusu Neymar "Barselona"nın forvardı Lionel Messi, həmçinin Kilian Mbappe haqqında fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı Messi ilə münasibətlərinin əla olduğunu deyib.

"Messinin yanında oyun unikal təcrübə idi. Biz birlikdə çıxış edərək dost olduq. Messi gördüklərim arasında ən yaxşı futbolçudur", - Neymar bildirib.

Neymar Mbappeni isə əsl fenomen adlandırıb: "Onun tarixdə ən yaxşı oyunçulardan biri olmaq üçün potensialı var. Bir komandada onunla oynamaq - böyük şərəfdir. Biz bir-birimizi meydanda və onun hüdudları xaricində əla anlayırıq. Mən onu sevirəm".

Neymar həmçinin bildirib ki, ən yaxşı mükafat komandanın qələbəsidir: "Mən hər gün inadla məşq edirəm ki, daha yaxşı olum. Həmişə fərdi və kollektivlə birlikdə inkişaf etməyə çalışıram. Əgər bir dəfə mən şəxsi mükafatı alsam, bu, mənim işimin nəticəsi olacaq".

Milli.Az


Etiketlər:  Messi gördüklərim arasında yaxşı futbolçudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ