Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 20:30
"Barselona" rəhbərliyi ilə problemləri olan Lionel Messi Kataloniya klubundan ayrıla bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu "Barselona"dan ayrılsa, "Mançester Siti" ona rəsmi təklif göndərəcək. "Şəhərlilər" argentinalı futbolçuya illik 50 milyon funt-sterlinq ödəməyə hazırdır.
Xatırladaq ki, "Barselona" ilə 2021-ci ilə qədər müqaviləsi olan Messi, klubun idman direktoru Erik Abidalla mübahisə etmişdi.