Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı ölkələri arasında ən aşağı əməkhaqqı bu ölkədədir

Avropa İttifaqı ölkələri arasında ən aşağı əməkhaqqı bu ölkədədir

Tarix: 6 Fevral 2020 22:42

Avropanın statistika agentliyinin məlumatına əsasən, Avropa İttifaqı (Aİ) daxilində minimal əməkhaqqı şərqdə 600 avrodan aşağı, şimal-qərbdə isə 1500 avrodan yuxarıdır. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, minimal əməkhaqqına görə Avropa İttifaqını ölkələrini 3 qrupa bölmək olar. 2020-ci ilin yanvarında Bolqarıstanda minimal əməkhaqqı ayda 312 avro təşkil edib. Bu, Avropa İttifaqı daxilində ən aşağı göstəricidir. Doqquz Şərqi Avropa ölkəsində minimal əməkhaqqı 400-600 avro təşkil edir. Belə ki, Latviyada 430 avro, Rumıniyada 466, Macarıstanda 487, Xorvatiyada 546, Çexiyada 575, Slovakiyada 580, Estoniyada 584, Litvada 607, Polşada isə 611 avro təşkil edir.

Digər Aİ-nin cənub ölkələrində minimal əməkhaqqı 700-1000 avro civarındadır. Belə ki, Portuqaliyada bu göstərici 741 avro, Yunanıstanda 758 avro, Maltada 777 avro, Sloveniyada 941 avro və İspaniyada 1050 avro təşkil edir. Şimali və Qərb Avropa ölkələrində isə minimal əməkhaqqı 1500 avrodan artıqdır. Fransada bu göstərici 1539 avro, Almaniyada 1584 avro, Belçikada 1594 avro, Niderlandda 1636, İrlandiyada 1656 avro, Lüksemburqda 2142 avro təşkil edir.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının 1-dən Avropa İttifaqının 21 ölkəsində minimal əməkhaqqı müəyyən olunur. Yalnız Danimarka, İtaliya, Avstriya, Finlandiya, İsveç və Kiprdə minimal əməkhaqqı göstəricisi müəyyən olunmur.


Etiketlər:  Avropa İttifaqı ölkələri arasında aşağı əməkhaqqı ölkədədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ